Ərdoğan Macarıstana səfərə getdi - FOTO

19:50 - 20 Avqust 2023

Ərdoğan Macarıstana səfərə getdi - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gedib.

 

Manset.az xəbər verir ki, səfər zamanı dövlət başçısını xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, müşavir Akif Çağatay Kılıç və başqaları müşayiət edir.

Türkiyə lideri Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Tərəflər iki ölkə arasındakı münasibətləri, Ankaranın Avropaya inteqrasiyasını, aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az