Meksikada baş verən Hilari tropik qasırğası nəticəsində həyatını itirənlərin sayı 3-ə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hilari səhər saatlarında qasırğa səviyyəsindən tropik fırtına səviyyəsinə düşərək ölkənin şimal-qərb əyalətlərində güclü yağışlara səbəb olub.
Can itkisi 5 nəfərlik bir ailənin olduğu avtomobili su basması nəticəsində baş verib.
Sel və daşqınlara səbəb olan Hilari səbəbiylə ümumi can itkisi 3-ə çatıb.
Qeyd edək ki, Meksikanı vuran Hilarinin şimala doğru hərəkətini davam etdirəcəyi və ABŞ torpaqlarına çatacağı gözlənilir. ABŞ-ın Kaliforniya ştatının bəzi şəhərlərində artıq daşqınlar qeydə alınsa da, Kaliforniya qubernatoru Gavin Newsom fırtınanın gəlməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Fəlakət zamanı vətəndaşlara kömək etmək üçün ştatın müxtəlif yerlərində minlərlə şəxsi heyət hazır vəziyyətdə saxlanılıb, ətrafdakı hava limanlarında isə 80 reys təxirə salınıb.
Aygün
Manşet.az