Macarıstandan Türkiyəyə mesaj

12:59 - 21 Avqust 2023

Macarıstandan Türkiyəyə mesaj

Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri zamanı iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Siyarto prezident Ərdoğanın Macarıstan səfərini dəyərləndirib.

Xarici işlər naziri Türkiyə prezidentinin Macarıstana səfərinin gözlənildiyini bildirib. Qeyd edib ki, bu tədbir çərçivəsində prioritet strateji tərəfdaşlığın qurulması üçün saziş imzalanacaq.

Siyarto vurğulayıb ki, ölkələr ikitərəfli münasibətləri və əməkdaşlığı ən yaxşı səviyyədə, daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Xarici işlər naziri Macarıstanın da "Türk axını" boru kəməri ilə təbii qaz almaqda maraqlı olduğuna və Türkiyənin enerji sahəsində mühüm tranzit roluna diqqət çəkib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az