Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının sosial şəbəkədə Mustafa Kamal Atatürkün Lozanna müqaviləsindəki mövqeyini canlandıran paylaşımı Yunanıstan mətbuatında böyük sensasiya yaradıb.
Manset.az xarici xarici mediaya istinadən xəbər verir ki, Dövlət Baxçalı ofisində Körüklü Söke Efe çəkmələri ilə çəkilmiş videosunu paylaşaraq "Kıbrıs Türkdür" mesajını verib. MHP lideri paylaşımı BMT-nin Şimali Kiprdə yaratdığı gərginlik ilə bağlı edib.
Beləki, Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin Yaşıl Xətt üzərindəki Xovlu kəndinə girişi asanlaşdırmaq üçün hazırlanan Pile-Yiğitler Layihəsinin qarşısını almaq cəhdi Ankaranın reaksiyasına səbəb olub.
Körüklü Söke Efe çəkmələri ilə tarixə istinadən edən Dövlət Baxçalının paylaşdığı videoda Zeki Mürenin “Ağlayan Aşk” mahnısı və “Kıbrıs Türkdür” ifadəsi yer alıb.
Qeyd edək ki, Baxçalı geyindiyi çəkmələrlə Mustafa Kamal Atatürkün Lozanna müqaviləsini imzalayarkən italyan bir məmurla yaşadığı hadisəni yenidən canlandırıb. Həmin vaxt İtaliyanın Ankaradakı səfiri Atatürklə görüşmək istəyib və Türkiyə lideri görüşə razılıq verib. Görüş zamanı italyan Türkiyənin Antalya və Rodosdan imtina etməsini istəyib. Bundan sonra Atatürk qonşu otağa keçib, hərbi paltarını və qara çəkmələrini geyinib məclisə qayıdıb. Bu, italyanları “qorxudub" və onlar bir söz demədən ayrılıblar.
Aygün
Manşet.az