Havayda yanmayan evin sirrini sahibi açdı

18:16 - 21 Avqust 2023

Havayda yanmayan evin sirrini sahibi açdı

ABŞ-ın Havay adalarında baş verən yanğınlarda yalnız Lahainada yerləşən bir ev yanğından zərər görməyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanmaması ilə diqqət çəkən ev sahil zolağında yanmayan yeganə ev kimi qeydə alınıb.

Beləki, ərazinin dronla çəkilişi zamanı bir evin yanğından mühafizə olunduğu görülüb. Ev sahibi möcüzəli evin hekayəsini danışıb.

Havayda baş verən yanğınlar nəticəsində indiyədək 114 nəfərin öldüyü, 2700-dən çox binanın zədələndiyi və ya tamamilə dağıldığı bildirilib.

Evin sahibi LA Times-a verdiyi açıqlamada əslində yüzdə 100 taxta olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər etdiklərini söyləyib. Dam örtüyünə metal material qatdığını və evin ətrafındakı yaşıllığı zərərvericilərə qarşı kəsərək evin ətrafına daşlar düzdüyünü bildirib.

Qeyd edib ki, ev ilkin olaraq yanğına davamlılığı nəzərə alınaraq tikilməyib. Sadəcə evdə edilən bu dəyişikliklər konstruksiyanın qorunub saxlanmasını təmin edib.

Yerli sakinlər cütlüyünün evini “möcüzə evi” adlandırıblar.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az