Azərbaycanda bir bankomata düşən əməliyyatların həcmi artdı

13:41 - 22 Avqust 2023

Azərbaycanda bir bankomata düşən əməliyyatların həcmi artdı

2023-cü ilin iyul ayında Azərbaycanda bir bankomata düşən əməliyyatların orta aylıq həcmi 1 milyon 110,8 min manat təşkil edib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.5% artıb.

Qeyd edək ki, cari ilin iyul ayında bir bankomata düşən əməliyyatın sayı 4811, bir əməliyyatın orta ayıq həcmi isə 230.9 manat təşkil edib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bir bankomata düşən əməliyyatların sayı 37% artıb, bir əməliyyatın orta ayıq həcmi isə 10.5% azalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az