Yaponiya hökuməti əvvəllər cinsi cinayətlərə görə məhkum olunmuş şəxslərin təhsil müəssisələrində işləməsini qadağan edən qanun layihəsi üzərində işlədiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsininin parlamentin bu payız sessiyasına təqdim etməyi planlaşdırıldığı bildirilib.
Müəyyən edilmiş sistemə əsasən dövlət qurumu ərizəçinin məhkum edilmiş cinsi cinayətkar olmadığını sübut edən arayış verəcək.
Yaponiyanın uşaq bağçalarında və məktəblərdə işləmək üçün müraciət edənlərdən cinsi cinayət törətmiş şəxs olmadıqlarını yoxlamaq üçün dövlət sistemindən istifadə ediləcək.
Beləki, Böyük Britaniyanın Açıqlama və Qadağa Xidməti sertifikatına bənzər sistemin Yaponiyada yaradılmasına valideynlər və uşaqlara dəstək qrupları müsbət qarşılayıb.
Qeyd edək ki, bəzi ekspertlər bu vəziyyəti tənqid edib. Bunun Konstitusiya ilə qorunan şəxsi toxunulmazlıq hüquqlarını və peşə seçmək azadlığını pozduğunu iddia ediblər.
Aygün
Manşet.az