Hindistanın Mizoram ştatında Sairanq qəsəbəsi yaxınlığında tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində 17 işçi həlak olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bölgəyə xilasedicilər və sağlamlıq qrupları cəlb edilib.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Hindistan mediası dağıntı zamanı ərazidə təxminən 35-40 işçinin olduğunu bildirib.
Qeyd edək ki, Ötən ilin oktyabrında Hindistanın Qucarat ştatının Morbi şəhərində köhnə asma körpünün uçması nəticəsində 135 nəfər həlak olmuşdu.