Ərdoğanın Putinlə müzakirə edəcəyi əsas mövzu AÇIQLANDI

11:12 - 29 Avqust 2023

Ərdoğanın Putinlə müzakirə edəcəyi əsas mövzu AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində həmkarı Vladimir Putinlə taxıl sazişinin yeni formulunu müzakirə edəcək.

 

Manset.az qafqaznfo-ya istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan bu yaxınlarda Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və orada Ukrayna rəhbərliyinin taxıl sazişi ilə bağlı fikrini öyrənib: “Türkiyənin təmaslardan sonra hazırladığı yeni formul Soçidə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçiriləcək görüşdə müzakirə edilə bilər”.

Qeyd edək ki, Ərdoğanla Putin arasında görüşün sentyabrın 8-i Soçidə keçirilməsi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az