İsveçin əsas müxalifətçi Sosial Demokrat Partiyasının rəhbəri Maqdalena Andersson mətbuat konfransında İraq əsilli Salvan Momikanın İsveçdə "Quran" yandırılması təxribatlarının qarşısını almaq üçün başladığı işi açıqlayıb.
Manset.az TTR Haber-ə istinadən məlumat verir ki, Konstitusiya dəyişikliyi olmadan qanuni dəyişikliklər etməyi düşündüklərini ifadə edən Andersson, Sosial Demokrat Partiya olaraq, İctimai Asayiş Qanununa "Quran" yandırma hadisələrinin "nifrət cinayəti" təşkil edə biləcəyi ilə bağlı dəyişiklik edib-etməməyi araşdırılacağını deyib.
Danimarka hökumətinin "Quran" və digər müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsini parlamentə təqdim etmə qərarının İsveçi beynəlxalq arenada tək qoyacağını vurğulayan Andersson "Danimarkada dini kitabların təhqir edilməsinə qadağa gələcək. Bir neçə aydan sonra qüvvəyə minən İsveç dünyada tək və terrorçuların əsas terrorçuları olacaq. Ona görə də İctimai Asayiş Qanununa dəyişiklik gələn ilə qədər hazır olmalıdır", deyib.
Jalə
Manşet.az