ABŞ-da Delta Hava Yollarına məxsus təyyarə səyahət zamanı hava cərayanına düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yaranan “şiddətli turbulentlik” səbəbiylə sərnişinlər şok keçiriblər. Təyyarə eniş edən zaman 11 nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, turbulentlik baş verən zaman təyyarədə 151 sərnişin və 14 ekipaj üzvü olub. Milanodan havaya qalxan təyyarə hadisə baş verən zaman Atlanta Hartsfield-Jackson hava limanından təxminən 65 km şimal-şərqdə olub. Daha sonra təhlükəsiz yerə enib.
Sərnişinlərin şiddətli turbulentlik səbəbindən böyük qorxu və sarsıntı yaşadıqlarını bildiriblər.
Aygün
Manşet.az