İran hökuməti güneyli uşağa türk adına görə şəhadətnamə vermir

18:14 - 31 Avqust 2023

İran hökuməti güneyli uşağa türk adına görə şəhadətnamə vermir

İranın Sufian şəhər Qeydiyyat İdarəsi Hunay Nurməhəmmədi adlı körpəyə adının türk olmasına görə doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə körpənin atası Murtuza Nurməhəmmədi məlumat verib.

Ata bildirib ki, övladının adının elektron qeydiyyata alınması üçün müraciət edib. Lakin bir müddət sonra ona uşağa bu adın seçilməsinə görə doğum haqqında şəhadətnamə almaq müraciətinin qəbul olunmadığı deyilib.

Kiçik Hunayın atasının sözlərinə görə, o, məsələnin həlli üçün əlindən gələni edəcək və artıq məhkəməyə müraciət edib.

Aygün

Manşet.az

 


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin