Ermənilər “Laçın” postundan sərbəst keçir

19:50 - 31 Avqust 2023

Ermənilər “Laçın” postundan sərbəst keçir

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus- Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

 

Manset.az xəbər verir ki, BQXK-yə məxsus nəqliyyat vasitələrində BQXK nümayəndələri və erməniəsilli şəxslər olub.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Avtomobillərdə habelə ərzaq və dərman ləvazimatı da olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az