İrandan narkotik gətirən Bakı həbsxanasında ÖLDÜ

18:15 - 9 Sentyabr 2023

İrandan narkotik gətirən Bakı həbsxanasında ÖLDÜ

Bakıda həbsxanada məhkum ölüb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, paytaxtdakı cəzaçəkmə müəssisələrindən birində cəza çəkən 41 yaşlı E. Mamedov dünyasını dəyişib.

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, E. Mamedov 2020-ci il iyulun 22-də Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən İmişli rayonu Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında saxlanılıb. Onun əlindəki bağlamadan 5 kiloqram 10 qram narkotik vasitə "tiryək”ə bənzər maddə aşkar olunaraq götürülüb.


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin