HHM bölmələrimiz döyüş atışları icra etdi - VİDEO

10:24 - 13 Sentyabr 2023

HHM bölmələrimiz döyüş atışları icra etdi - VİDEO

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

 

Müdafiə Nazirliyindən (MN) Manset.az-a verilən məlumata görə, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının artırılmasına, heyətlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin