Səudiyyə Ərəbistanının İsrailə dostluq mesajı

16:16 - 21 Sentyabr 2023

Səudiyyə Ərəbistanının İsrailə dostluq mesajı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın vasitəçiliyi ilə ölkəsinin İsrail ilə normallaşma prosesinin hər gün yaxınlaşdığını bildirib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Məhəmməd bin Salman Fələstin məsələsinin İsraillə normallaşma baxımından onlar üçün çox vacib olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İranın nüvə silahı əldə etməsi ilə bağlı suala isə cavab olaraq qeyd edib ki, onlar istehsal etsələr, biz də edəcəyik. İranın nüvə silahı əldə etməsinin “pis addım” olacağını, ondan istifadənin mümkün olmadığını və “nüvə silahından istifadənin dünyanın qalan hissəsi ilə müharibəyə səbəb olacağını bildirib.

Səudiyyə Ərəbistanı normallaşma üçün İsraildən Fələstin problemi ilə bağlı konkret addımlar atmasını istəyib.  Həmçinin, ABŞ-dan “təhlükəsizlik zəmanəti” və “mülki məqsədlər üçün nüvə enerjisi” tələb etdiyi də vurğulanıb.

Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanı arasında heç bir diplomatik münasibət yoxdur. ABŞ isə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Mərakeş və Sudan kimi ərəb ölkələri ilə olduğu kimi Səudiyyə Ərəbistanının İsraillə normallaşma sazişi imzalamasına vasitəçilik edir.

Aygün

Manşet.az


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin