Yeni kassirin səhvi sərvət qazandırdı

17:40 - 21 Sentyabr 2023

Yeni kassirin səhvi sərvət qazandırdı

Yeni işə götürülən kassirin səhvi lotereya həvəskarına sərvət qazandırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Merilend ştatında filmləri xatırladan əhvalat baş verib.

Beləki, lotereya həvəskarı müntəzəm olaraq hər dəfə eyni nömrəli bileti aldığı yanacaqdoldurma məntəqəsindən şans bileti alıb. Həmin şəxs oraya o qədər tez-tez gəlirdi ki, işçilər onu və oynadığı oyunları əzbər bilir, hər dəfə gələndə qısa söhbətdən sonra biletini ona təqdim edirdilər.

Lakin son gəlişində kassada rastlaşdığı yeni kassir ona səhv bilet verib, sonra səhvini anlayıb səhvini düzəltməyə çalışsa da, buna nail ola bilməyib.

Adam işi daha çox uzatmamaq üçün bileti qəbul edib və səhəri oyanıb nəticələri yoxlayanda gördüklərinə inana bilməyib.

Nəticələrə görə şanslı adamın bileti 580 min dollar cek-potu qazanıb.

Aygün

Manşet.az

 


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin