Hakan Fidan Qarabağda baş tutan antiterror tədbirlər haqqında açıqlama verdi 

20:18 - 23 Sentyabr 2023

Hakan Fidan Qarabağda baş tutan antiterror tədbirlər haqqında açıqlama verdi 

“Azərbaycanın keçirdiyi antiterror tədbiri başqa variantın qalmadığını göstərən tədbir idi. Memorandumda (10 noyabr 2020-ci il bəyanatı-red) razılaşdırılmış məsələlərin bəziləri Ermənistan tərəfindən yerinə yetirilməyib”.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Birincisi, Zəngəzur dəhlizində və Qarabağda Azərbaycanın suverenliyinin vacib idi. Bu baş vermədikdə, qardaşlarımız haqlı olaraq səbirsizliklərini ortaya qoydular.

Türkiyə olaraq bu addımı atmağın zəruriliyini Azərbaycana çatdırdıq. Bu, mülki əhaliyə zərər verməyən və Azərbaycanın regionda hüquqi suverenliyinə yol açan qısa bir tədbir idi. İrəli sürdüyümüz rasional izahatlar vəziyyətin Azərbaycanın xeyrinə başa düşülməsində təsirli oldu”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.


Xəbər xətti

7 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin