20 Sentyabr iş günü olacaq? - RƏSMİ
19 Sentyabr 2024
21:38 - 23 Sentyabr 2023
Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi mövcuddur.
Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarının bir təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var. Bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - nazir əlavə edib.
Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qərbyönlü lobbi tərəfindən süni şəkildə qaldırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin