NATO-dan Kosova açıqlaması: Müdaxiləyə hazırıq

22:16 - 24 Sentyabr 2023

NATO-dan Kosova açıqlaması: Müdaxiləyə hazırıq

NATO-nun Kosova Qüvvələri (KFOR) Kosova Polisinin əməliyyat bölgəsindədir və lazım gələrsə, müdaxilə etməyə hazırdır. 

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, Şimali Atlantika Alyansının rəhbərlik etdiyi KFOR missiyası Kosova polisinə hücumu pisləyir.

Qeyd edək ki, bundan əvvəl Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında, naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırıb.

Digər Xəbərlər


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin