“İstəsəniz hamımızı öldürün, Kosovonu tanımayacağıq” - Serbiya prezidenti

10:27 - 25 Sentyabr 2023

“İstəsəniz hamımızı öldürün, Kosovonu tanımayacağıq” - Serbiya prezidenti

Kosovonun şimalındakı silahlı qarşıdurmada Kosovo polisinin ölümünün arxasında serblərin olduğunu təsdiqləyən Serbiya prezidenti Aleksandar Vuçiç baş verənlərə görə Kosovonun baş naziri Albin Kurti günahlandırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vuçiç paytaxt Belqradda mətbuata açıqlamasında “Serbiya heç vaxt Kosovonun müstəqilliyini tanımayacaq, istəsəniz hamımızı öldürün. Biz hər zaman danışmağa hazırıq, amma Kosovonun müstəqilliyini əsla”, - deyə bildirib.

Vuçiç beynəlxalq qurumları dəfələrlə xəbərdar etdiyi vəziyyətin gerçəkləşdiyini və Kosovo serblərinin Kosovo baş naziri Albin Kurtinin “terrorçuluğuna” daha dözə bilməyəcəklərini müdafiə edib.          

Həmçinin, Vuçiç Kosovo baş nazirinin Serbiyanı NATO ilə münaqişəyə sürükləmək istədiyini qeyd edib. 

Aygün

Manşet.az


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin