Erməni sakinlər üçün 64 ton yanacaq göndərildi

14:14 - 26 Sentyabr 2023

Erməni sakinlər üçün 64 ton yanacaq göndərildi

Sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

“2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb”, - PA-nın məlumatında vurğulanıb.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin