Avropanın Bakı və İrəvandan gözləntiləri

20:02 - 26 Sentyabr 2023

Avropanın Bakı və İrəvandan gözləntiləri

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə baş tutmuş görüş zamanı Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi İcması Sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilən görüşünə dair intensiv fikir mübadiləsi aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidmətinin görüşdən sonra yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, görüş iştirakçıları normallaşma səylərinin davam etdirilməsi üçün Qranadada mümkün görüşdən istifadə etməkdə Ermənistan və Azərbaycanın ortaq marağı olduğunu vurğulayıblar.

Əlavə olunub ki, bununla əlaqədar olaraq, Armen Qriqoryan və Hikmət Hacıyev Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə nail olmaq üçün mümkün Qranada görüşündə sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiya, humanitar məsələlər və daha geniş sülh müqaviləsi kimi mümkün konkret addımlarla bağlı danışıqlarda iştirak ediblər.

“Normallaşma prosesinin bütün istiqamətlərində konkret fəaliyyət və qətiyyətli kompromis həllərə ehtiyac var. Aİ hesab edir ki, Qranadada keçiriləcək mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqada və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etmək üçün istifadə etməlidir”, - bəyanatda vurğulanıb.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin