Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı

17:44 - 27 Sentyabr 2023

Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı

Anım Günündə Böyük Britaniya səfirliyində Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik.

 

Manset.az trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld sosial media hesabında qeyd edib.

"Böyük Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin