Neftin qiyməti 96 dolları ötdü - Son 10 ayda ilk dəfə

23:35 - 27 Sentyabr 2023

Neftin qiyməti 96 dolları ötdü - Son 10 ayda ilk dəfə

Çərşənbə günü Londonun "ICE Futures" birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 96 dolları ötüb.

 

Manset.az  oxu.az-a istinadən xəbər verir ki, fyuçerslər son bağlanışdan bəri 3,01% bahalaşaraq 96,79 dollara satılıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 3,78% artaraq 93,81 dollar/barelə bərabər olub.


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin