DİQQƏT! Bu ölkədə 48 saat sonra zəlzələ olacaq - Frank Huqerbeets

19:29 - 2 Oktyabr 2023

DİQQƏT! Bu ölkədə 48 saat sonra zəlzələ olacaq - Frank Huqerbeets

Fevralın 6-da Türkiyəni dərindən yaralayan Kahramanmaraş zəlzələlərindən xəbəri olan hollandiyalı tədqiqatçı Frank Huqerbeets 48 saat ərzində Pakistanda böyük zəlzələ olacağı barədə çaşqınlıq yaradıb. 

 

Bu barədə Manset.az TGRT HABER-ə istinadən xəbər verir ki,  Hollandiyada qurduğu “SSGEOS” araşdırma qrupu ilə işini davam etdirən Hoogerbeets-in yeni zəlzələ proqnozu Pakistanda böyük panikaya səbəb olub. Atmosferdəki elektrik axınını dəniz səviyyəsində araşdıran SSGEOS, mümkün bir zəlzələnin baş verə biləcəyini deyib.

Qurum Pakistandakı nasazlıq xəttində elektrik sıxlığının çox yüksək olduğunu iddia edib. Pakistan Meteorologiya İdarəsi iddialarla bağlı açıqlama verməyib. Bundan əvvəl Pakistan Meteorologiya İdarəsi zəlzələ ilə bağlı proqnozların heç bir elmi əsası olmadığını bəyan etmiş və oxşar iddiaları təkzib etmişdi.

Həmçinin  Hoogerbeets zəlzələdən üç gün əvvəl (3 fevral) sosial media hesabında paylaşım edib. Hoogerbeets, "Bu bölgədə (Cənub-Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) gec-tez 7,5 bal gücündə zəlzələ olacaq" deyib.

Qeyd edək ki, bu yazıdan bir neçə gün sonra, zəlzələdən sonra Hoogerbeets-in izləyicilərinin sayı sürətlə artıb.

Jalə

Manşet.az


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin