Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib
13 Noyabr 2024
00:00 - 3 Oktyabr 2023
Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qızı Ayşət Kadırovanın Çeçenistan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib.
Manset.az xəbər verir ki, bunu respublikanın rəhbəri teleqramda açıqlayıb.
Respublika hökumətində keçirilən iclasda Baş nazir Müslüm Xuçiyev 1998-ci il təvəllüdlü Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib.
“Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Sözsüz, Ayşət Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb. Musa Dadayev (artıq Çeçenistanın keçmiş baş nazirinin müavini – red.) də idarənin işini müsbət istiqamətdə davam etdirə biləcək görkəmli peşəkar kimi özünü təsdiq edib”, - Kadırov vurğulayıb.
Xatırladaq ki, daha öncə Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin