3 qızını öldürərək dəmir sandıqçaya kilidlədi

11:28 - 3 Oktyabr 2023

3 qızını öldürərək dəmir sandıqçaya kilidlədi

Hindistanın Pəncab əyalətində qan donduran hadisə baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, valideynləri tərəfindən öldürülən 9, 7 və 4 yaşlı üç qızın cəsədi dəmir sandıqda tapılıb.

Maddi imkansızlıqdan övladlarına baxa bilməyən ailənin qızlarına həşərat dərmanı qatılmış süd verərək öldürdüyü məlum olub.

Baş verən hadisədən sonra valideynlər qızlarının yoxa çıxdığını iddia edərək polisə müraciət edib. Polisin ailənin evində apardığı araşdırma nəticəsində acı həqiqət üzə çıxarılıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.

Aygün

Manşet.az


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin