Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər
23 Yanvar 2025
13:56 - 3 Oktyabr 2023
İtaliyanın enerji şirkəti Eni İndoneziyanın Şərqi Kalimantan bölgəsində 140 milyard kubmetr təbii qaz kəşf edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şərqi Kalimantandan 85 km aralıda, Nort Qanal PSC-də qazılan Geng Nort-1 quyusunda 140 milyard kubmetr (5 trilyon kub fut) təbii qaz ehtiyatı olduğu açıqlanıb.
Kəşf dənizin 5 min 25 metr dərinliyində edilib.
Açıqlamada qeyd olunub ki, yerləşdiyi yerə və əhəmiyyətli ölçüsünə görə yeni kəşf yeni istehsal mərkəzinin yaradılmasına "əhəmiyyətli töhfə vermək" potensialına malikdir. Bu mərkəzin İndoneziyanın Kutei hövzəsinin şimal hissəsində yerləşəcəyi və Şərqi Kalimantan sahilindəki Bontanq mayeləşdirilmiş təbii qaz (LNG) qurğularına qoşulacağı gözlənilir.
Aygün
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin