Qənirə Paşayevanı Milli Məclisdə bu məşhur deputat əvəz edəcək

15:10 - 3 Oktyabr 2023

Qənirə Paşayevanı Milli Məclisdə bu məşhur deputat əvəz edəcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatından sonra onun komitədəki səlahiyyətlərini kimin icra edəcəyi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, parlamentin nizamnaməsinə əsasən, komitə sədri olmadığı halda vəzifələrin icrası sədr müavininə ötürülür:
 
Deputat xatırladıb ki, Milli Məclisin Daxili Nizamnaməsi və Milli Məclisin komitələri haqqında qanuna görə, parlamentin müvafiq komitəsinin sədri olmadıqda onun səlahiyyətlərini komitə sədrinin müavini icra edir.
 
"Yəni komitə sədri seçilməyənə kimi komitə sədrinin müavini kimi iclaslara mən rəhbərlik edəcəyəm. Komitə sədri seçiləndən sonra proses əvvəlki qaydada davam edəcək", - F.Mustafa əlavə edib.
 
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, ll Fəxri xiyabanda torpağa tapşırılıb. 
 
Xatırladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin