İranda dünyaca məşhur futbolçular meydana çıxmaqdan imtina etdilər

17:51 - 3 Oktyabr 2023

İranda dünyaca məşhur futbolçular meydana çıxmaqdan imtina etdilər

İranda oynanılacaq Asiya Çempionlar Liqası matçında Səudiyyə Ərəbistanının “Əl İttihad” komandası meydanın girişində keçmiş iranlı general-mayor Qasım Süleymaninin heykəlinin yerləşdiyi üçün “Sepahan” ilə oyundan imtina edib.  

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada yayılan fotolarda Süleymaninin büstünün tam olaraq paltardəyişmə otağının tunelinin çıxışında yerləşdiyi əks olunub.

Benzema, Fabinyo və Kante kimi dünyaca məşhur futbolçuların yer aldığı Səudiyyə Ərəbistanı komandasının reaksiyasından sonra matç ləğv edilib.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı son aylarda gərginliyi azaltmaq üçün səy göstərsələr də, münasibətlər gərgin olaraq qalır. Kriştianu Ronaldonun iştirakı ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu sentyabrın 19-da Tehranda bir oyun keçirdi. Bu da Səudiyyə Ərəbistanı klubunun 2016-cı ildən bəri İranda keçirdiyi ilk oyundur. İran və Səudiyyə Ərəbistanı klubları arasında əvvəlki matçlar təhlükəsizlik baxımından neytral ərazidə keçirilib.

Aygün

Manşet.az


Xəbər xətti

9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin