Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər
23 Yanvar 2025
12:05 - 23 Oktyabr 2023
YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova, “H.Cavid pr.33a” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, şəhid anası Rahilə Ramazanova və “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının nümayəndələri tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abdurahmanov Əfqan Ağasəf oğlunun ailəsi ziyarət olunub.
Manset.az xəbər verir ki, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizin igid övladları mərdliklə vuruşaraq, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Qeyd olunub ki, Şanlı Qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi daim uca tutulur, hər zaman ehtiramla anılır.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhadətindən sonra Abdurahmanov Əfqan Ağasəf oğlu “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin