Ceyhun Bayramov Lavrovla "3+3"ü müzakirə etdi

21:44 - 24 Oktyabr 2023

Ceyhun Bayramov Lavrovla

Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün nəticələrini yüksək qiymətləndiriblər.

Nazirlər Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə ediblər.


Xəbər xətti

7 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin