"Qalatasaray"ın həkimindən İkardi ilə bağlı qorxulu sözlər

16:18 - 26 Oktyabr 2023

"Qalatasaray" klubunun həkimi Yener İncə zədəsi səbəbindən "Bayern"lə matçda zədə ilə oynayan İkardi barədə açıqlama verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qarşılaşmada iynə vuraraq oynayan Mauro İkardinin çətin şəraitdə matça hazırlaşmalı olduğu və ciddi zədə aldığı açıqlanıb.

İncə "Az qala anesteziya edib əməliyyata aparırdıq. "Bayern"lə matçda iynə ilə oynadı. Vəziyyəti çox ağır idi. İynə ilə çıxıb mübarizə apardı", - deyə bildirib.

Bu sözlərdən sonra hər kəsin ağlına sual gəldi: "İkardi uzun müddət meydandan uzaq qalacaq?"


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin