9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
9 Noyabr 2024
15:21 - 1 Noyabr 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti birgə nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Qafar Ağayev Manset.az-a bildirib ki, qanunsuz ov edən şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor götürülüb və təbiətə 7601 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır”, - qurum rəsmisi əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin