Bu tarixdən internetdən imtina edənlər cərimələnəcək
13 Sentyabr 2024
12:04 - 3 Noyabr 2023
İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi əsgər Ramazanlı İlqar Etibar oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.
Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Ramazanlı İlqar Etibar oğlu şəhadətindən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin