"Kəpəz" "Qarabağ"a uduzdu

18:05 - 4 Noyabr 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Kəpəz" 6 xalla sonuncudur.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları isə noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.

 


Xəbər xətti

11 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin