DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
7 Dekabr 2024
14:13 - 6 Noyabr 2023
Bir neçə gün öncə mətbuatda fəaliyyəti dayandırılmış “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev və oğullarına məxsus olması ilə bağlı məlumat yayılıb.
Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında yayılan məlumatları inkar edib:
“Bu məlumatlar qəti yalandır. Mənim qızımın orda səhmləri yoxdur. Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun. Ümumiyyətlə onunla əlaqəmiz olmayıb”.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin