Astarada tibb bacısının öldürülməsi ilə bağlı cinayət işi başlanıldı

13:27 - 11 Noyabr 2023

Astarada tibb bacısının öldürülməsi ilə bağlı cinayət işi başlanıldı

Noyabrın 10-da Astara rayonu Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Astara rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, araşdırmalarla Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Suleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Suleymanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

7 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin