Toyota 2020-2022-ci il istehsalı 1,1 milyon avtomobilini geri çağırılacaq – BU SƏBƏBDƏN

14:29 - 21 Dekabr 2023

Toyota 2020-2022-ci il istehsalı 1,1 milyon avtomobilini geri çağırılacaq – BU SƏBƏBDƏN

Yaponiyanın avtomobil markası Toyota sensordakı qısaqapanmanın təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, geri çağırılma 2020-2022-ci illər arasında istehsal olunmuş Avalon, Camry, Corolla, RAV4, Lexus ES250, ES300H, ES350, RX350 Highlander və Sienna Hybrid avtomobillərini əhatə edir. Bu avtomobillərin 1 milyonu ABŞ-da satılır.

Səlahiyyətli Toyota dilerləri sözügedən sensorları yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcəklər.

Toyota 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı məlumatlandırmağı planlaşdırır.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az