ABŞ səfiri xanımı ilə Bakını gəzdi - Fotolar

11:55 - 29 Yanvar 2024

ABŞ səfiri xanımı ilə Bakını gəzdi - Fotolar

 

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərində olub. 

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

“Bu həftəsonu mən Danuşiya ilə birlikdə Bakı şəhərinin görməli yerlərini kəşf etməyə davam edərkən Ayna Sultanova heykəlini və Atatürk parkını ziyarət etdim. Yol boyu pişik Məstanla tanış olmaq da xoş idi!”, - deyə səfir qeyd edib.

Paylaşımda Bakıda çəkilən fotolar yer alıb.

Bildirək ki, Mark Libbi daha əvvəl həyat yoldaşı ilə birlikdə Zeynalabdin Tağıyevin keçmiş sarayında yerləşən Milli Tarix Muzeyini ziyarət edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv