Dünyanın ən böyük kruiz layneri “Icon of the Seas” (“Dənizlər ikonası”) ilk yeddigünlük səfərinə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nəhəng gəmi Floridanın Mayami limanından Karib dənizi adaları istiqamətində hərəkət edəcək.
“Titanik”dən 96 metr uzun olan gəminin ümumi uzunluğu 365 metrdir.
Laynerə 7600 sərnişin yerləşir. Gəminin içində 15 restoran, teatr və şəlalə var. Burada, həmçinin müxtəlif bitkilərin olduğu tropik bağ, teatr, karaoke, tennis və voleybol oynamaq üçün idman meydançaları, uşaqlar üçün attraksionlar və akvapark var.
Biletlərin qiyməti bir nəfər üçün 1723-2639 dollar arası (2930-4486 AZN) dəyişir.
Gəminin yola salınması mərasimində Lionel Messi də iştirak edib.
Əfsanə
Manşet.az