PKK-ya qarşı əməliyyatda 6 terrorçu zərərsizləşdirildi

18:20 - 29 Yanvar 2024

PKK-ya qarşı əməliyyatda 6 terrorçu zərərsizləşdirildi

Türkiyənin 2 şəhərində PKK-nın şəhər quruluşu olan YPS-ə qarşı əməliyyat keçirilib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis və Milli Kəşfiyyat Təşkilatının birgə işi ilə Diyarbəkir və Mersində terror təşkilatı PKK-nın şəhər quruluşu olan YPS-ə qarşı əməliyyat keçirilib.  6 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda aralarında YPS-in sözdə məmuru 'Demhat' kod adlı Ö.Ç.-nin də olduğu 5 şübhəli yaxalanıb.  Təxribat və sui-qəsdə hazırlaşdıqları öyrənilən şübhəlilərin xüsusilə sosial media vasitəsilə uşaq və gəncləri aldadaraq təşkilata işə götürmə fəaliyyətləri ilə məşğul olduqları müəyyən edilib.

Polisdə sorğuları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv