İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı artıb.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.
O, açıqlamasında İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 215 fələstinlini öldürdüyünü, 300 fələstinlini yaraladığını bildirən Kudra, 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 26 min 637, yaralıların sayının isə 65 min 387-yə yüksəldiyini bildirib.
Qeyd edək ki, İsrailin Qəzza zolağına 115 gündür hücumları davam edir.
Jalə
Manşet.az