Siyasi partiya tərəfdarları arasında toqquşma: Ölən var

19:31 - 29 Yanvar 2024

Siyasi partiya tərəfdarları arasında toqquşma: Ölən var

Pakistanın Kəraçinin Nazimabad bölgəsində Pakistan Xalq Partiyası (PPP) ilə Birləşmiş Xalq Hərəkatı Partiyasının (MQM-P) tərəfdarları arasında münaqişə baş verib.

 

Bu barədə Manset.az Geo News televiziyasına istinadən xəbər verir. 

PPP ilə MQM-P tərəfdarları arasında baş verən qarşıdurmada 1 nəfər başından güllə yarası alıb, 1 nəfər yaralanıb.

Hadisələr zamanı ərazidə olan 2 avtomobil şəxsiyyəti hələlik müəyyən edilməyən şəxslər tərəfindən yandırılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə iki qrupun bir-birinə stul atdığı görülüb.

Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilər ərəfəsində siyasi partiya tərəfdarları arasında gərginlik artıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv