İsrailin HƏMAS ilə yeni məhbus mübadiləsi razılaşmasını qəbul etdiyi iddiası

20:24 - 29 Yanvar 2024

İsrailin HƏMAS ilə yeni məhbus mübadiləsi razılaşmasını qəbul etdiyi iddiası

İsrail, ABŞ, Qətər və Misir rəsmiləri dünən Fransanın paytaxtı Parisdə məhbus mübadiləsi ilə bağlı görüş keçirib.

Manset.az xəbər verir ki, bu barədə “Sky News Arabia” xəbər saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, İsrail vasitəçi ölkələr ABŞ, Misir və Qətərin əsir mübadiləsi üçün təklif etdiyi razılaşmanı qəbul edib. Təklif bu gün Həmas-a da çatdırılıb və Fələstin müqavimət qrupunun cavabı gözlənilir.

Tərəflərin təklifi qəbul edəcəyi təqdirdə HƏMAS-ın əlində olan bütün əsirlərin azad ediləcəyi və İsrailin bölgəyə hücumlarını mərhələli şəkildə dayandıracağı iddia edilib.

Razılaşma əldə olunarsa İsrailin Qəzzaya hücumlarına nə qədər ara verəcəyi ilə bağlı detallar verilməsə də, daha əvvəl İsrail və beynəlxalq mediada bu müddətin 2 ilə 4 ay arasında ola biləcəyi yazılmışdı.

Xəbərə görə, tərəflər razılaşmanı qəbul edərsə, İsrail daha çox humanitar yardımın Qəzzaya daxil olmasına icazə verəcək.

Bu barədə Təl-Əviv rəhbərliyi və Həmas hələlik iddialarla bağlı açıqlama verməyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bill Burns, İsrail Xarici Kəşfiyyat Xidmətinin Mossad direktoru David Barnea, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir kəşfiyyatının direktoru Abbas Kamil Həmas və İsrail arasında yeni məhbus mübadiləsi sazişini müzakirə edəcəklər. Onlar dünən Parisdə görüşüblər.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən açıqlamada Parisdəki görüşün konstruktiv keçdiyi, lakin tərəflər arasında mühüm fikir ayrılıqlarının olduğu bildirilib.

İsrail və HƏMAS arasında 24 noyabr 2023-cü il tarixində başlayan və bir həftə davam edən məhbus mübadiləsi çərçivəsində 81 İsrailli və 240 Fələstinli məhbus qarşılıqlı olaraq sərbəst buraxıldı. HƏMAS hələ də 136 israilli məhbusu saxlayır.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv