Ağstafa-Bakı sürətli sərnişin qatarının hərəkəti bərpa olunub.
Qatar Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış fasiləyə görə 30 dəqiqə yolda dayanmalı olub.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açılama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib ki, hazırda qatar Bakı istiqamətində hərəkətini davam etdirir.