Avtobusun vurduğu qadın 5 gün sonra öldü

09:50 - 30 Yanvar 2024

Avtobusun vurduğu qadın 5 gün sonra öldü

Bakıda 5 gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb.

 

Manset.az xəbər verir ki, hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında baş verib.

Famil İsgəndərov idarə etdiyi “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, ötən gün vəfat edib.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv