Polis ötən gün 10 kiloqramdan çox narkotik aşkarladı

10:48 - 30 Yanvar 2024

Polis ötən gün 10 kiloqramdan çox narkotik aşkarladı

Polis əməkdaşlarının yanvarın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,1 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin və 900 qrama yaxın marixuana olub.

Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv