İngiltərənin 3-cü kralı Çarlz prostat böyüməsi səbəbiylə müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Bukingem Sarayından yazılı açıqlama verilib.
III Çarlzın planlı müalicədən sonra günorta saatlarında xəstəxanadan buraxıldığı bildirilib.
Kralın sağalma dövrü ilə əlaqədar gələcək ictimai vəzifələrini təxirə saldığı, tibb heyətinə və xəstəxanaya səfərinə dəstək olanlara təşəkkür etdiyi və son günlərdə aldığı bütün mesajlara görə minnətdar olduğu qeyd olunub.
Əfsanə
Manşet.az